Seneqalın sabiq idman naziri: “Gənclər və idman sahəsində daha çox iş görmək üçün Bakı ideal şəhərdir”

Seneqalın sabiq idman naziri: “Gənclər və idman sahəsində daha çox iş görmək üçün Bakı ideal şəhərdir” “Gənclər və idman sahəsində daha çox iş görməyə çalışırıq. Bakı bunun üçün ideal şəhərlərdən biridir”.
Fərdi
6 Mart , 2024 12:08
Seneqalın sabiq idman naziri: “Gənclər və idman sahəsində daha çox iş görmək üçün Bakı ideal şəhərdir”

“Gənclər və idman sahəsində daha çox iş görməyə çalışırıq. Bakı bunun üçün ideal şəhərlərdən biridir”.

“Report” xəbər verir ki, bunu Seneqalın sabiq idman naziri, İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı (COP9) Bürosunun sədri Matar Ba Bakıda təşkil edilən tədbir zamanı jurnalistlərə açıqlamasında deyib.

Matar Ba COP9 Bürosunun paytaxtda reallaşdırdığı görüşə görə Azərbaycan hökumətinə, həmçinin gənclər və idman naziri Fərid Qayıbova təşəkkürünü bildirib: “Bakıda ilk dəfədir COP9 çərçivəsində rəsmi görüş keçirilir. Burada böyük tədbirlər gerçəkləşib. Bugünkü toplantı da böyük əhəmiyyət kəsb edir. Bunun sayəsində təcrübələrimizi bölüşəcəyik. Assambleyanın ötən ilin oktyabrındakı tövsiyələrini tətbiq etməyə çalışacağıq. Bu gün bir çox məsələlərdən bəhs ediləcək. Bunlardan biri maliyyə qaynaqlarının tapılmasıdır. Elə vəziyyət yaratmalıyıq ki, şərtlər bütün dövlətlər üçün yerinə yetirilmiş olsun”.

YUNESKO Katibliyində Konvensiyanın İçraçı Katibi Marsellin Dalli də Azərbaycanda olduğu üçün sevincini gizlətməyib: “Bizi Azərbaycana dəvət edən gənclər və idman naziri Fərid Qayıbova təşəkkürümü bildirirəm. Azərbaycandakı tədbir 2023-cü ildə konfransdan sonra qəbul etdiyimiz qətnamə əsasında baş tutur. Bu gün burada olduğumuz üçün məmnunuq”.

Qeyd edək ki, ötən ilin oktyabrında Fransanın paytaxtı Parisdə keçirilən İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransında gənclər və idman naziri Fərid Qayıbov yekdilliklə Büronun sədr müavini seçilib.

Son xəbərlər

Orphus sistemi