Şəkidə "İdman festivalı 2022" start götürüb

Fərdi
  • 14 noyabr, 2022
  • 13:44
Şəkidə İdman festivalı 2022 start götürüb

Şəkidə "İdman festivalı 2022" start götürüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün başlayan və Şəki Olimpiya İdman Kompleksində keçirilən festivalda 23 idman növü üzrə 149 idmançı, 35 məşqçi iştirak edir. Festival noyabrın 19-dək davam edəcək.

Noyabrın 14-ü 15-i və 16-da idmançılar üçün əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunacaq. Bu sırada müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və rəsmi şəxslərlə görüşlər keçiriləcək. Eləcə də, Şəki şəhərinə ekskursiya təşkil ediləcək.

Noyabrın 17-i, 18-i və 19-da isə idmançılar şəhər mərkəzində quraşdırılan səhnədə nümunəvi çıxışlar edəcəklər. Bəzi idman növlərində isə izləyicilər də çıxışlara qatılacaqlar.

Qeyd edək ki, "İdman festivalı 2022" ilk dəfə olaraq Şəkidə təşkil olunur.