Şəkidə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku start götürüb

Şəkidə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku start götürüb Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə Şəkidə ənənəvi Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku start götürüb.
Fərdi
14 Dekabr , 2019 13:51
Şəkidə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku start götürüb

Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə Şəkidə ənənəvi Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku start götürüb.

“Report” xəbər verir ki, Respublika Milli Atüstü Oyunlar Mərkəzində keçirilən yarışda 12 komanda mübarizə aparır. Püşkə əsasən, “Omər”, “İsmayıllı” və “Murad” A qrupunda, “Polad”, “Şəki” və “Qarabağ” B qrupunda, “Buta Golden”, “Köhlən” və “Ağcabədi” C qrupunda, “Sərhədçi”, “Ağstafa” və “Qala” isə D qrupunda yer alıb.

Açılış turunun ilk 4 görüşündə “Buta Golden” “Köhlən”i 3:0, “Omər” “Murad”ı 5:1, “Polad” “Qarabağ”ı 8:1, “Sərhədçi” isə “Qala”nı 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, reqlamentə əsasən, dekabrın 15-də başa çatacaq qrup mərhələsində qələbəyə 3, heç-heçəyə görə isə 1 xal verilir. Qruplarda ilk 2 yeri tutacaq komandalar ayın 16-da keçiriləcək 1/4 finala vəsiqə qazanacaqlar.

Prezident Kubokunun final mərhələsi Bakıda, Binə Atçılıq Mərkəzində olacaq. Dekabrın 22-də yarımfinallar, 24-də isə final görüşü baş tutacaq. Yarışın mükafat fondu 50 min manatdır.

Son xəbərlər

Orphus sistemi