“Şahdağ” Turizm Mərkəzində üç yaş kateqoriyasında “sprint yürüşü” üzrə çıxış edən xizəkçilərin mükafatlandırılma mərasimi keçirilib.
"Report"un Şimal bürosunun məlumatına görə, fərdi şəkildə 60-a yaxın həvəskar idmançı xizək yarışının “sprint yürüşü” növü üzrə birincilik uğrunda mübarizə aparıblar.
Qaliblərə “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunublar.
Yarışın birici günü, “Sprint yürüşü” uğrunda xizəkçilər arasında mükafatçılar:
U-18 kateqoriyası
Qadınlar arasında:
I yer – Helena Eurenger (Almaniya)
II yer – Eva Sophie (Avstriya)
III yer – Süeda Sultan (Türkiyə)
Kişilər arasında:
I yer – Morits Bauregger (Almaniya)
II yer – Babtiste Carrikart (Fransa)
III yer – Simon Widmoser (Avstriya)
U-20 kateqoriyası
Kişilər arasında:
I yer – David Jost (Almaniya)
II yer – Emirhan Kars (Türkiyə)
III yer – Methsy Nogueras (Fransa)
U-23 kateqoriyası
Qadınlar arasında:
I yer – Nikola Matkova (Slovakiya)
II yer – Nəzrin Qəribova (Azərbaycan)
III yer – Marzieh Beha (İran)
Kişilər arasında.
I yer – Andreas Mayer (Avstriya)
II yer – Jakub Siarnik (Slovakiya)
III yer – Nikola Kalistrin (Bolqarıstan)