Rusiyalı şahmatçı Nicat Abasovun İddiaçılar Turnirində çıxışını dəyərləndirib

Rusiyalı şahmatçı Nicat Abasovun İddiaçılar Turnirində çıxışını dəyərləndirib Rapid və blits üzrə dünya çempionu, klassik şahmat üzrə vitse-çempion Sergey Karyakin Azərbaycan şahmatçısı Nicat Abasovun Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində çıxışını dəyərləndirib.
Fərdi
11 Aprel , 2024 17:44
Rusiyalı şahmatçı Nicat Abasovun İddiaçılar Turnirində çıxışını dəyərləndirib

Rapid və blits üzrə dünya çempionu, klassik şahmat üzrə vitse-çempion Sergey Karyakin Azərbaycan şahmatçısı Nicat Abasovun Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində çıxışını dəyərləndirib.

"Report" xəbər verir ki, 34 yaşlı qrossmeyster bu barədə yerli mətbuata danışıb.

"Əminəm ki, əsəblər ona mane olub və nəticədə azərbaycanlı imkanlarından aşağı çıxış edir. Yarışın yüksək statusu da çox təsir edir. Mən bunu öz təcrübəmdən çox yaxşı bilirəm. Qrossmeyster belə bir çuxura düşəndə, ​​onun oradan çıxması çətin olur. Ona görə də Nicatın vəziyyəti düzəldə biləcəyinə inanmıram”, - deyə Karyakin vurğulayıb.

Qeyd edək ki, 6 turdan sonra hesabında 1,5 xal olan Nicat Abasov eyni nəticəyə imza atan Əlireza Firuzca (Franca) ilə 7-8-ci yerləri bölüşdürür. Turnir cədvəlinə hərəyə 4 xal toplayan Dommaracu Qukeş (Hindistan) və Yan Nepomnyaşi (FIDE) başçılıq edir.

İddiaçılar Turniri aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Turnirin mükafat fondu 500 min avrodur. Qalib 48 min avro qazanacaq.

Son xəbərlər

Orphus sistemi