Rusiyada yeniyetmə şahmatçı itin hücumuna məruz qalaraq ölüb

Fərdi
  • 27 aprel, 2022
  • 07:48
Rusiyada yeniyetmə şahmatçı itin hücumuna məruz qalaraq ölüb

Şahmat turnirində iştirak üçün Rusiyanın Soçi şəhərinə gedən 12 yaşlı qız dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə TASS-a Krasnodar prokurorluğundan bildirilib.

Yeniyetmə çoban itinin ona hücumu nəticəsində vəfat edib. Qız itin balalarına yemək vermək üçün hasara dırmaşdığı vaxt hücuma məruz qalıb.

Hadisə ilə bağlı araşdırma aparılır.