Reytinq turniri: Kolesnik 3-cü olub, yunan-Roma güləşçiləri medalsız qalıblar

Reytinq turniri: Kolesnik 3-cü olub, yunan-Roma güləşçiləri medalsız qalıblar Azərbaycanın daha 5 güləşçisi Xorvatiyada keçirilən "Zaqreb Open"də mübarizəyə başlayıb.
Fərdi
3 Fevral , 2023 22:33
Reytinq turniri: Kolesnik 3-cü olub, yunan-Roma güləşçiləri medalsız qalıblar

Azərbaycanın daha 5 güləşçisi Xorvatiyada keçirilən "Zaqreb Open"də mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, yunan-Roma güləşçilərindən 77 kq-da Sənan Süleymanov, 87 kq-da İslam Abbasov və Məhəmməd Əhmədiyev reytinq turnirini medalsız başa vurublar.

Qadınların yarışında isə 59 kq-da Alyona Kolesnik və 62 kq-da Elis Manolova qüvvəsini sınayıb. Günün yeganə medalını məhz Kolesnik qazanıb. O, 3-cü yer uğrunda görüşdə macarıstanlı Viktoriya Borşosa qalib gəlib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) bürünc əldə ediblər.

Son xəbərlər

Orphus sistemi