"Prezident Kuboku" beynəlxalq reqatası Füzulidə keçirilə bilər

"Prezident Kuboku" beynəlxalq reqatası Füzulidə keçirilə bilər "Füzuli şəhərində də bu cür yarışın təşkil edilməsini planlaşdırırıq. Su hövzəsini yoxlamaq üçün həmin əraziyə beynəlxalq mütəxəssis cəlb edəcəyik. Hazırda orada hər şey normaldır. Amma yenə də tədbir görməyə çalışacağıq".
Fərdi
1 May , 2024 12:08
Prezident Kuboku beynəlxalq reqatası Füzulidə keçirilə bilər

"Füzuli şəhərində də bu cür yarışın təşkil edilməsini planlaşdırırıq. Su hövzəsini yoxlamaq üçün həmin əraziyə beynəlxalq mütəxəssis cəlb edəcəyik. Hazırda orada hər şey normaldır. Amma yenə də tədbir görməyə çalışacağıq".

"Report"un Suqovuşana ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev "Prezident Kuboku 2024" beynəlxalq reqatasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Baş katib işğaldan azad olunan ərazilərdə bu cür yarışın keçirilməsinin tarixi hadisə olduğunu söyləyib.

O, üçüncü dəfə təşkil olunan avarçəkmə üzrə "Prezident Kuboku"na qatılan ölkələrin sayının artdığını bildirib: "İlk turnirdə 5, ikincidə 17 ölkə iştirak edirdisə, indi bu say 21-ə çatıb. Bu da bizi sevindirən məqamdır. Yarışdan əvvəl "Prezident Kuboku"na qatılacaq idmançılar arasında turnir təşkil edirik və orada fərqlənənləri bura cəlb edirik".

Neftçala şəhərində bir dəfə təşkil olunan reqata yarışını xatırladan F.Əliyev təşkilatçılıq baxımından hər şeyin qaydasında olduğunu deyib: "Sadəcə, su hövzəsinin bəzi yerləri standartlara cavab vermədiyi üçün indiki halda orada yarış keçirmək alınmır".

Son xəbərlər

Orphus sistemi