Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsevin final mərhələsindəki yekun mövqeyi bəlli olub.
"Report"un məlumatına görə, 21 yaşlı idmançı yarışı 239,19 xalla 18-ci pillədə başa vurub.
Litvintsev sərbəst proqramda 155,04 xal, qısa proqramda isə 84,15 xala layiq görülüb.
Olimpiya çempionluğunu 332,60 xalla ABŞ-ı təmsil edən Netan Çen qazanıb. Yaponiyalı Yuma Kaqiyama (310,05) ikinci, onun həmyerlisi Uno Şoma (293,00) üçüncü olub.
Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev final mərhələsində çıxış edib.
"Report"un məlumatına görə, 21 yaşlı idmançı sərbəst proqramda II qrupda mübarizə aparıb.
Litvintsev sərbəst proqramda 155.04 xal toplayıb və 24 idmançının qatıldığı yarışda hazırda 239,19 xalla 6-cı pillədə qərarlaşıb.
Konkisürən fevralın 8-də qısa proqramda 84,15 xalla 18-ci olub. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşir.
Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də məharətini göstərəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.