Paris Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb
Fərdi
- 12 iyul, 2024
- 10:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb.
"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə yarışın təşkilat komitəsinin rəhbəri Toni Estanq bildirib.
T.Estanq Fransanın paytaxtında baş tutacaq Olimpiya Oyunlarına 8,6 milyon bilet, Paralimpiya Oyunlarına isə 1 milyondan çox bilet satıldığını və bunun rekord göstərici olduğunu söyləyib. O, bundan əvvəlki rekordun (8,3 milyon bilet) ABŞ-nin Atalanta şəhərində keçirilən olimpiadaya məxsus olduğunu vurğulayıb.
Qeyd edək ki, Paris-2024 iyulun 26-dan avqustun 11-nə, paralimpiada isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.
Son xəbərlər
01:35
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
Digər ölkələr
01:14
CEV Çempionlar Liqası: "Xilasedici" III təsnifat mərhələsinin cavab oyununda uduzub
Komanda
01:07
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
Digər ölkələr
00:37
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
Digər ölkələr
00:06
Şeynbaum Meksika sahilindəki raket qalıqlarına görə "SpaceX"i sanksiyalarla hədələyib
Digər ölkələr
23:40
"France-Presse" Agentliyi kiberhücuma məruz qalıb
Digər ölkələr
23:31
Fidan gürcüstanlı həmkarı ilə "Beşiktaş" – "Hapoel" matçı zamanı yaşananları müzakirə edib
Region
23:22
Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücumda bir nəfər ölüb
Digər ölkələr
23:05
Video
Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb
Hadisə