Paralimpiya Oyunlarında Azərbaycanı təmsil etmək ən böyük arzum idi.
"Report" xəbər verir ki, bunu Azərbaycanı Paris-2024 Yay Paralimpiya Oyunlarında təmsil edəcək parakamandan oxatan Cahan Musayev deyib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə danışan idmançı paralimpiadada iştirak edəcəyi üçün sevincli olduğunu söyləyb:
"Kamandan oxatmaya başlayanda hər bir idmançı kimi ölkəmizi ən böyük yarışlarda təmsil etmək istəyirdim. Çox sevincliyəm, Paralimpiya Oyunlarında Azərbaycanı təmsil etməklə ən böyük arzumu reallaşdıracam. Artıq məqsədim ilk dəfə çıxış edəcəyim Paralimpiadaya ən yaxşı formada hazırlaşmaqdır. Bu istiqamətdə məşqlərimi davam etdirirəm. Parisdə əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.