Nurəddin Novruzov: "Həyəcanlı deyildim, rahat şəkildə güləşdim"

Nurəddin Novruzov: "Həyəcanlı deyildim, rahat şəkildə güləşdim" "Həyəcanlı deyildim, rahat şəkildə güləşdim".
Fərdi
19 Fevral , 2024 22:49
Nurəddin Novruzov: Həyəcanlı deyildim, rahat şəkildə güləşdim

"Həyəcanlı deyildim, rahat şəkildə güləşdim".

"Report"un məlumatına görə, bunu Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında bürünc medal qazanan Azərbaycan güləşçisi Nurəddin Novruzov Bakıdakı qarşılama zamanı jurnalistlərə açıqlamasında deyib.

İdmançı böyüklər arasında ilk yarışlarının olduğunu və 61 kq-a təzə keçdiyini xatırladıb: "Bu səbir işidir. Allah arzulayana istədiklərini verir. Həmişə çalışmaq, dayanmadan məşq etmək lazımdır. Bunun nəticəsində medal qazandım".

Qeyd edək ki, Azərbaycan millisinin heyətində Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıblar. Bununla da yığmamız 122 xalla komanda hesabında üçüncü olub.

Son xəbərlər

Orphus sistemi