Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” turnirində növbəti oyununu keçirəcək.
"Report"un məlumatına görə, 38 yaşlı qrossmeyster II turda Fransanı təmsil edən iranəsilli Alireza Firuzca ilə üz-üzə gələcək.
O, hazırda 1,5 xalla Uesli So (ABŞ) və Aniş Giri (Niderland) ilə birlikdə 3-5-ci yerləri bölüşdürür.
Məmmədyarov ilk turda yerli idmançı Aryan Tariyə armageddonda qalib gəlib. Firuzca isə hindistanlı Qukeş Dommarakuya uduzub.
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.