Nicat Rəhimovun atası: "Oğlumun analizini başqası dəyişib"

Nicat Rəhimovun atası: "Oğlumun analizini başqası dəyişib" Qazaxıstanı təmsil edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimovun atası Əli Rəhimov oğlunun 2016-cı ildə dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə günahlandırılmasına münasibət bildirib.
Fərdi
404
19 Yanvar , 2021 13:39
Nicat Rəhimovun atası: Oğlumun analizini başqası dəyişib
Nicat Rəhimov

Qazaxıstanı təmsil edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimovun atası Əli Rəhimov oğlunun 2016-cı ildə dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə günahlandırılmasına münasibət bildirib.

Rəhimov "Report"a açıqlamasında bunun ittiham olduğunu, hələ sübuta yetirilmədiyini söyləyib.

Onun sözlərinə görə, araşdırmaların nəticəsi hər şeyi göstərəcək: "Birincisi, buna inanmıram. İkincisi, həqiqətən belə bir şey baş veribsə, bunu Nicat etməyib, özləri dəyişiblər. Testi beynəlxalq agentlik götürürsə, oğlum onu necə dəyişə bilər? Yəqin, bunu başqa biri edib. Burada Nicatın günahı yoxdur".

Ata Rəhimov oğlunun araşdırma müddətində yarışlardan kənarlaşdırılması qərarı barədə də fikirlərini bölüşüb: "Nicat hazırda Qazaxıstandadır. Azərbaycan mətbuatına danışmağına icazə vermirlər. Amma hansısa şübhəli məqam varsa, sübut olunanadək yarışlardan kənarlaşdırılmalıdır. Yəni, bu, normal haldır"

Rəhimov 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.

Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.

Son xəbərlər

Orphus sistemi