Nəriman Abbasov Həbib Nurməhəmmədova məxsus klubun rəhbəri ilə döyüşəcək

Nəriman Abbasov Həbib Nurməhəmmədova məxsus klubun rəhbəri ilə döyüşəcək Sentyabrın 17-də Moskvada Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunan turnir baş tutacaq.
Fərdi
347
14 Sentyabr , 2021 10:24
Nəriman Abbasov Həbib Nurməhəmmədova məxsus klubun rəhbəri ilə döyüşəcək

Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov yüngül çəkidə rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədova məxsus EFC-nin (Eagle Fighting Championship) prezidenti Şamil Zavurovla qarşılaşacaq.

Bu barədə "Report"a 27 yaşlı idmançının şəxsi məşqçisi Şəhriyar Abbasov məlumat verib.

Onun sözlərinə görə, görüş sentyabrın 17-də Rusiyanın paytaxtı Moskvada Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində keçiriləcək. Ş.Abbasov bildirib ki, bu, Zavurovun vida görüşü olacaq: "Şamil Zavurov Həbib Nurməhəmmədovun yeznəsidir. Nurməhəmmədov Zavurova rəqib kimi azərbaycanlı idmançı Nəriman Abbasovu təklif edib".

Qeyd edək ki, Şamil Zavurov MMA-da indiyədək 46 döyüş keçirib və bunlardan 40-da qalib gəlib. Nəriman Abbasov isə 11 döyüşdür uduzmur. O, hazırda yüngül çəkidə Rusiyanın “AMC Fight Nights” təşkilatına məxsus kəmərin sahibidir. Abbasov bu kəməri iki dəfə uğurla müdafiə edib.

Son xəbərlər

Orphus sistemi