Nazim Babayev Qış Avropa Çempionatında finala yüksəlib

Fərdi
  • 02 mart, 2023
  • 18:47
Nazim Babayev Qış Avropa Çempionatında finala yüksəlib

Azərbaycan atleti Nazim Babayev Türkiyənin İstanbul şəhərində keçirilən Qış Avropa Çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, idmançı üçtəkanla tullanma növündə 16,45 metr nəticə göstərib.

Təsnifat mərhələsində 4-cü yeri tutan Babayev finalda iştirak hüququ qazanıb.

Qeyd edək ki, yarışda Azərbaycanın digər atleti Yekaterina Sariyeva da qüvvəsini sınayır.