Mövlud Mirəliyev: "Gənc nəsil uğurlu idmançıları tanımalı və onlardan öyrənməlidir"

Mövlud Mirəliyev: "Gənc nəsil uğurlu idmançıları tanımalı və onlardan öyrənməlidir" "Gənc nəsil Elxan Məmmədov və Elçin İsmayılov kimi uğurlu idmançıları tanımalı və onlardan öyrənməlidir".
Fərdi
14 Avqust , 2023 15:49
Mövlud Mirəliyev: Gənc nəsil uğurlu idmançıları tanımalı və onlardan öyrənməlidir

"Gənc nəsil Elxan Məmmədov və Elçin İsmayılov kimi uğurlu idmançıları tanımalı və onlardan öyrənməlidir".

"Report"un məlumatına görə, bunu Pekin-2008 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycanın veteran cüdoçusu Mövlud Mirəliyev tarixi uğurunun 15 illiyi barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

O, bildirib ki, idmançıların nailiyyətlərini bilmək və qeyd etmək vacibdir: "Arzulayıram ki, idmançılar daim beynəlxalq arenalarda yüksək nəticələr əldə etsinlər".

Qeyd edək ki, Mövlud Mirəliyev 2015-ci ildən 2023-cü ilə qədər kişilərdən ibarət milli komandanın məşqçisi kimi fəaliyyət göstərib. O, idman nailiyyətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.

Hazırda Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi vəzifəsini icra edir.

Son xəbərlər

Orphus sistemi