Nazirlik rəsmisi: "Legionerlərimizlə fəxr edirik"

Nazirlik rəsmisi: "Legionerlərimizlə fəxr edirik" ​Mirkamil Rəhimov: "Əcnəbi idmançılarsız rəqabət olmur"
Fərdi
7 İyul , 2015 12:32
Nazirlik rəsmisi: Legionerlərimizlə fəxr edirik

Bakı. 7 iyul. REPORT.AZ/ "Bizdən sonra hər hansı ölkə Avropa Oyunlarını keçirərsə, bu, bizim standrtlara uyğunlaşmalıdır. Olimpiya Oyunlarının da öz standartı var. Azərbaycan isə Avropa Oyunlarının standartını müəyyənləşdirdi". "Report"un məlumatına görə, bunu bu gün "Bakı 2015" I Avropa Oyunlarında medal qazanan karateçilərlə keçirilən görüşdə Mirkamil Rəhimov deyib.

Azərbaycanın daim inkişafda olduğunu bildirən nazirlik rəsmisi qazanılan medallardan danışıb: "Artıq bir neçə ölkə düşünür ki, bu Oyunları keçirə bilərikmi? Azərbaycan daim inkişafdadır. 1990-cı illərdə beynəlxalq yarışlarda cəmi 21 medal qazanırdıq, amma indi bu medallar 800-ü keçib". 

M.Rəhimov legionerlərlə də bağlı fikir bildirib. Onun sözlərinə görə, əcnəbi idmançılar olmayan yerdə rəqabət də olmur: "Biz legionerlərimizlə fəxr edirik. Legioner karateçimiz İrina Zaretskanın çıxıb Azərbaycan himnini oxuması bizə qürur verir. Legioner olmayan yerdə rəqabət olmur. Bir vaxtlar güləşdə çoxlu legionerlər vardı. Amma indi demək olar ki, yoxdurlar". 

Son xəbərlər

Orphus sistemi