Mingəçevirdəki ən böyük idman mərkəzinin direktoru dəyişib

Mingəçevirdəki ən böyük idman mərkəzinin direktoru dəyişib "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin direktoru vəzifəsində dəyişiklik baş verib.
Fərdi
10 May , 2022 09:32
Mingəçevirdəki ən böyük idman mərkəzinin direktoru dəyişib

Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin direktoru vəzifəsində dəyişiklik baş verib.

"Report"un əldə etdiyi məlumata görə, Natiq Abbasov tutduğu vəzifədən istefa verib. Onu yeni vəzifədə Ceyhun Mirzəyev əvəzləyib.

N.Abbasov "Report"a açıqlamasında öz ərizəsi ilə işindən azad olunduğunu bildirib: "10 ildir işləyirdim, bəsdir".

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin balansında olan "Kür" Olimpiya Tədris-İdman Mərkəzi hələ keçmiş SSRİ dövründə avarçəkmə bazası kimi tanınıb. Bu, hazırda Mərkəzi Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazasıdır. Layihəyə əsasən, ümumi sahəsi 7,2 hektar olan kompleksdə inzibati bina, 7 zolaqlı üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli, 250 yerlik dördulduzlu mehmanxana var. Bunlardan ikisi ölçüləri 104 kvadratmetr və 92 kvadratmetr olan lüks otaqlardır. Eyni zamanda mərkazdə bir ədəd 2 mərtəbəli kotec var ki, bunun da 1-ci mərtəbəsində 2, 2-ci mərtəbəsində isə 4 otaq var.

İnzibati bina 2 mərtəbəlidir.

İdman zalının (ölçüsü 57.6 x 45.6 metr) tamaşaçı tutumu 500 nəfər, üzgüçülük kompleksinin (ölçüsü 50 x 21.06 metr) tamaşaçı tutumu isə 280 nəfərdir.

Bundan başqa Mərkəzdə avarçəkmə klubu, kotteclər, 2 ədəd tennis kortu (36x18 metr), trenajor zalı var.qayıqların saxlanması üçün anqar (ölçüsü 51.5 x 32 metr) var. Dörd mərtəbədən və terrasdan ibarət binada müşahidə zalı, jurnalistlər və hakimlər üçün otaqlar, kafe-bar və digər yardımçı otaqlar mövcuddur.

 Ceyhun Mirzəyev və Natiq Abbasov
Ceyhun Mirzəyev və Natiq Abbasov

Son xəbərlər

Orphus sistemi