Mingəçevirdə "Kürü keçək?!" adlı yarış baş tutub

Mingəçevirdə "Kürü keçək?!" adlı yarış baş tutub Mingəçevir şəhərində "Kürü keçək?!" adlı açıq suda üzmə yarışı təşkil olunub.
Fərdi
31 Avqust , 2024 13:49
Mingəçevirdə Kürü keçək?! adlı yarış baş tutub

Mingəçevir şəhərində "Kürü keçək?!" adlı açıq suda üzmə yarışı təşkil olunub.

"Report"un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, turnir su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilib.

İlk olaraq Dövlət Himni səsləndirilib. Ardınca gənclər və idman nazirinin müavini Mariana Vasileva yarışa start verib.

Kür çayının iki sahili arasında, 300 metr məsafədə gerçəkləşən turnirə ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı 500-dək nəfər qatılıb.

Üzənlər arasında gənclər və idman naziri Fərid Qayıbov da olub.

Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2023-cü ildə isə Mingəçevirdə Kür çayında (“Kürü keçək”) gerçəkləşib.

Son xəbərlər

Orphus sistemi