Mingəçevirdə "ƏrToğrul" sənədli filminin nümayişi keçirilib

Mingəçevirdə "ƏrToğrul" sənədli filminin nümayişi keçirilib Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi ilə əlaqədar "Azərbaycanın Olimpiya Odisseyası" sənədli filmləri silsiləsi növbəti dəfə bölgələrdə nümayiş olunub.
Fərdi
13 Sentyabr , 2022 10:33
Mingəçevirdə ƏrToğrul sənədli filminin nümayişi keçirilib

Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi ilə əlaqədar "Azərbaycanın Olimpiya Odisseyası" sənədli filmləri silsiləsi növbəti dəfə bölgələrdə nümayiş olunub.

MOK-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, növbəti nümayiş Mingəçevir şəhərində baş tutub.

Rayon İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov, rayon ictimayyətinin nümayəndələri, fəal gənc və yeniyetmələrin qatıldığı görüşdə belə tədbirlərin sağlam həyat tərzininin təbliğini aşılamaq baxımından əhəmiyyətli olduğu xüsusi vurğulanıb.

Bildirilib ki, “Azərbaycanın Olimpiya Odisseyası” layihəsində çəkilən sənədli filmlərin nümayişi Lənkaran, Bərdə və paytaxt Bakıda da baş tutacaq. MOK-un 30 illik yubileyinə həsr olunan xüsusi hədiyyə İsmayilova təqdim olunub.

Ardından Toğrul Əsgərova həsr olunan “ƏrToğrul” filmi izlənilib. 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi görüş iştirakçılarınn çoxsaylı suallarını cavablandırıb. Sonda idman könüllülərinə MOK-un sertifikatları təqdim olunub.

Qeyd edək ki, 5 - 28 sentyabrda Milli Olimpiya Komitəsinin 30 illik yubileyi ilə əlaqədar "Azərbaycanın Olimpiya Odisseyası" adlı layihə yenidən start götürüb. Layihə MOK, Milli Olimpiya Akademiyası və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi