Millimizin iki üzvü Dünya Kubokunda əsas mərhələyə yüksəldi

Millimizin iki üzvü Dünya Kubokunda əsas mərhələyə yüksəldi Final mərhələsinin görüşləri martın 13-də olacaq
Fərdi
12 Mart , 2021 15:52
Millimizin iki üzvü Dünya Kubokunda əsas mərhələyə yüksəldi

Sablya üzrə Macarıstanın paytaxtı Budapeştdəki Dünya Kubokunda qadın iştirakçıların şəxsi yarışında təsnifat mərhələsinin görüşləri keçirilib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərimizdən qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-ini qalib başa vuran Anna Başta birbaşa əsas mərhələyə vəsiqə qazanıb. O, 1/32 finalda macarıstanlı Kira Keszei ilə qarşılaşacaq.

Qrupda keçirdiyi 5 görüşün 3-dən qalib ayrılan Valeriya Bolşakova da sabah keçiriləcək əsas mərhələyə yüksəlib. Balşakova təsnifat mərhələsinin pley-offunda Gürcüstan sablyaçısı Teodara Kakhiani (15:9) və İspaniya təmsilçisi Mariya Venturanı (15:5) mübarizədən kənarlaşdırıb.

Qılıncoynadan 1/32 finalda rusiyalı Olqa Nikitina ilə üz-üzə gələcək. Qrup mərhələsini 3 qələbə ilə başa vuran Sevil Bünyatova və Səbinə Kərimova təsnifat mərhələsinin pley-offunda mübarizəni dayandırıb. Bünyatova Türkiyə təmsilçisi İrina Şçuka 13:15 hesabı ilə uduzub. Kərimova isə fransalı Marqaux Rifkissə 10:15 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi