Mikayıl Cabbarov: "Bütün mövzular federasiya çərçivəsində müzakirə olunmalıdır"

Fərdi
  • 20 sentyabr, 2017
  • 11:38
Mikayıl Cabbarov: Bütün mövzular federasiya çərçivəsində müzakirə olunmalıdır

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Mənə göstərilən etimada görə təşəkkür edirəm. Azərbaycanda qılıncoynatma idman növünün inkişafı və nailiyyətlərin qazanılması üçün əlimdən gələni edəcəyəm". 

"Report"un məlumatına görə, bunu Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) prezidenti seçilən təhsil naziri Mikayıl Cabbarov deyib. 

O, AQF-nin qarşısında duran hədəfləri açıqlayıb: "Bu idman növü ilə məğul olan peşəkarlara müraciət edərək deyrəm ki, federasiyanın fəaliyyətini stabil vəziyyətə salmaq və planlaşdırmaların aparılması üçün birlikdə çalışacağıq. Bütün mövzuların müzakirəsinin federasiya çərçivəsində aparılmasını gözləyirəm. Hər hansı məsələ ilə bağlı müzakirələrin ictimai müstəvidə aparılmasının bizim üçün faydasını görmürəm".

Qeyd edək ki, Mikayıl Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının prezidentidir.