Mətbuat Şurasında Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin nümayəndələri ilə görüş olub

Mətbuat Şurasında Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin nümayəndələri ilə görüş olub Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin (AİJİB) sədri Azər İsmayıl və idarə heyətininin üzvləri ilə Azərbaycan Mətbuat Şurasınnın (MŞ) sədri arasında görüş olub.
Fərdi
3 Dekabr , 2022 13:40
Mətbuat Şurasında Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin nümayəndələri ilə görüş olub

Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin (AİJİB) sədri Azər İsmayıl və idarə heyətinin üzvləri ilə Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri arasında görüş olub.

AİJİB-dən “Report”a verilən məlumata görə, görüşdə bir sıra məsələlər müzakirə olunub.

MŞ sədri Rəşad Məcid son illər idman jurnalistikasının xeyli inkişaf etdiyini bildirib. O, ümumən sahə jurnalistlərinin təşkilatlanmasının önəmindən söz açıb, bunun peşənin ixtisaslanmasına dəstək baxımından vacibliyini vurğulayıb.

Azərbaycan İdman Jurnalistləri İB-nin nümayəndələri təmsil olunduqları qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat veriblər. Onlar qarşıya qoyulan başlıca məqsədin idman jurnalistikasının özünün diferensiallaşmasına dəstək göstərilməsi olduğunu vurğulayıblar.

Görüşdə birgə əməkdaşlığın müxtəlif istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi