"Mahir Muradov Kuboku" uğrunda konkur yarışlarının qalibləri müəyyənləşib

"Mahir Muradov Kuboku" uğrunda konkur yarışlarının qalibləri müəyyənləşib "Binə Atçılıq Mərkəzinin"nin açıq manejində "Mahir Muradov Kuboku" uğrunda konkur yarışları keçirilib.
Fərdi
10 İyun , 2023 16:51
Mahir Muradov Kuboku uğrunda konkur yarışlarının qalibləri müəyyənləşib

"Binə Atçılıq Mərkəzinin"nin açıq manejində "Mahir Muradov Kuboku" uğrunda konkur yarışları keçirilib.

"Report"un məlumatına görə, E və M kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.

E kateqoriyası üzrə 90-100 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla qüvvələrini sınayıblar. 13 idmançının iştirak etdiyi mübarizədə "Atçılıq məktəbi" klubunun idmançısı Leyla Mirzəyeva “Tibet” ləqəbli atla 1-ci, “Gilan" klubunun idmançısı Rahib İsmayılov “Aleks 1” ləqəbli atla 2-ci, “Elite" klubunun idmançısı Aydan Ağayeva "Alart-S" və "Zirvə" ləqəbli atlarla müvafiq olaraq 3-cü və 4-cü yerlərin sahibi olublar, 5-ci yerdə "Elite" klubunun idmançısı Məryəm Lütfəlibəyova "Walonka" ləqəbli atla qərarlaşıb.

M kateqoriyası üzrə hündürlüyü 120-125 sm olan yarışda 13 idmançı iştirak edib. Nəticədə "Murad" klubunun idmançısı İya Fitisova "Clima" ləqəbli atla 1-ci, "Buta Golden" klubunun idmançısı Eqor Morotski "Astrello" ləqəbli atla 2-ci, "Sərhədçi" klubunun idmançısı Anar Hümbətov "Cera 59" ləqəbli atla 3-cü, "Buta Golden" klubunun idmançısı Eqor Morotski "Guadella" ləqəbli atla 4-cü, "Gilan" klubunun idmançısı Rahib İsmayılov isə "Carthanio" ləqəbli atla 5-ci yeri tutublar.

Son xəbərlər

Orphus sistemi