"Lənkəran"ın baş məşqçisi: "Komandamızın əldə etdiyi nəticələr gözlənilən kimi olmadı"

"Lənkəran"ın baş məşqçisi: "Komandamızın əldə etdiyi nəticələr gözlənilən kimi olmadı" Komandamızın əldə etdiyi nəticələr gözlənilən kimi olmadı.
Fərdi
25 Dekabr , 2024 18:40
Lənkəranın baş məşqçisi: Komandamızın əldə etdiyi nəticələr gözlənilən kimi olmadı

Komandamızın əldə etdiyi nəticələr gözlənilən kimi olmadı.

"Report"un məlumatına görə, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç "Ordu"ya qarşı Azərbaycan Basketbol Liqasının IX turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Gürcüstanlı mütəxəssis məğlubiyyətə görə məyus olduqlarını bildirib:

"Komanda ilk periodda tapşırıqları düzgün yerinə yetirdi. Amma son dəqiqələrə qədər bu tempdə oynaya bilməyəcəyimizi hiss edirdim. Heyətdə itkilər var. Sərəncamımızda olan kiçik heyətlə 7-8 gün ərzində ardıcıl görüşlər keçirdik. Fiziki olaraq çatdıra bilmirdik. Bu gün rəqibin heyətində 12 basketbolçu var idi. Kapitanımız Rəşid Abbasov da mental olaraq oyuna köklənə bilmədi. Belə gedişlə heç nə əldə edə bilməyəcəyik. Ümid edirəm ki, yanvarda heyətə yeni oyunçular cəlb olunacaq. 2 legioner basketbolçu transfer etmək istəyirik. Ümid edirəm ki, bütün zədəli oyunçularımız sıraya qayıdacaqlar. Komandamızın əldə etdiyi nəticələr gözlənilən kimi olmadı".

Qeyd edək ki, "Ordu" - "Lənkəran" qarşılaşması birincilərin 99:51 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi