Kristi Man: Azərbaycanda idman zallarındakı qadın güləşçiləri görəndə çox sevindim

Kristi Man: Azərbaycanda idman zallarındakı qadın güləşçiləri görəndə çox sevindim Azərbaycanda idman zallarındakı qadın güləşçiləri görəndə çox sevindim.
Fərdi
23 May , 2024 16:31
Kristi Man: Azərbaycanda idman zallarındakı qadın güləşçiləri görəndə çox sevindim

Azərbaycanda idman zallarındakı qadın güləşçiləri görəndə çox sevindim.

"Report"un məlumatına görə, bunu ABŞ-nin Azərbaycandakı səfirliyinin rəsmi nümayəndələrinin və səfirliyin təşəbbüsü ilə ölkəmizdə səfərdə olan Arkanzas Ştatının Güləş Assosiasiyasının sədri Kristi Man mətbuat konfrasında deyib.

O, ölkəmizdə olduqları müddətdə bölgələrdə təlim-məşq toqlanışlarında iştirak etdiklərini bildirib: "Diqqətimi çəkən bir neçə yerlər oldu. Qobustanı və Şəkini xüsusi qeyd edərdim. Lənkəranda çay içdik. Azərbaycanda güləş zallarında olduq, təcrübəli mütəxəssislərlə söhbətlər apardıq. Burada olmaqdan çox xoşbəxtəm. İdman zallarında məşq edən güləşçi qızları görəndə əhval-ruhiyyəm çox yaxşı oldu. Həmin o qızlar gələcəkdə böyük nailiyyətlər qazana bilər. Yaşadığım ştatda 14 yaşlı güləşçi var. O, azərbaycanlıdır, lakin ABŞ-ni təmsil edir".

Qeyd edək ki, ABŞ-nin qadın güləşi üzrə 14 mütəxəssisi Azərbaycanda səfərdədir. Onlar mayın 25-dək davam edəcək səfər çərçivəsində “Qız kimi güləş” şüarı altında ölkəmizin müxtəlif idman zallarında olacaq, "ustad dərsləri" keçəcək və yerli məşqçilərlə fikir mübadiləsi aparacaqlar.

Son xəbərlər

Orphus sistemi