Qarışıq döyüş növləri üzrə irlandiyalı döyüşçü Konor Makqreqor Dieqo Sançesin döyüş çağırışına razılıqla cavab verib.
"Report"un məlumatına görə, bu barədə o, özünün
38 yaşlı Sançes daha əvvəl bildirib ki, karyerasında son təkbətək döyüşünü irlandiyalı ilə keçirmək istəyir. Makqreqor isə Mütləq Döyüş Çempionatının (UFC) veteranı ilə döyüşə hazır olduğunu etiraf edib.
Bundan başqa, irlandiyalı idmançı UFC rəhbəri Deyn Uaytla hələ fevraldakı yazışmasını paylaşıb. Həmin vaxt Makqreqor aktivisti özünün Dublində Sançeslə təkbətək döyüşü təşkil etməyə inandırmağa çalışıb.
Makqreqor artıq MMA-ya mümkün qayıdışına işarə edib. Xatırladaq ki, irlandiyalı iyunda karyerasının tamamlandığını bildirib. Makqreqor iki çəki kateqoriyasında UFC-nin keçmiş çempionudur.
Sançes 27 sentyabrda Yas adasında UFC 253 yarışında çıxış edəcək.