Kikboksinq üzrə 6 qat dünya çempionu minaya düşərək ölüb

Kikboksinq üzrə 6 qat dünya çempionu minaya düşərək ölüb Kikboksinq üzrə ukraynalı dünya çempionu Sergey Lisyuk minaya düşərək ölüb.
Fərdi
23 Noyabr , 2023 17:39
Kikboksinq üzrə 6 qat dünya çempionu minaya düşərək ölüb

Kikboksinq üzrə ukraynalı dünya çempionu Sergey Lisyuk minaya düşərək ölüb.

“Report” Ali Radanın Gənclər və İdman Komitəsinə istinadən xəbər verir ki, hadisə xüsusi hərbi əməliyyat zonasında baş verib.

Donbassda minaya düşən idmançının əvvəlcə ayağı amputasiya edilib. Lakin o, aldığı xəsarətlərdən bir müddət sonra dünyasını dəyişib.

Qeyd edək ki, Sergey Lisyuk kikboksinq üzrə 6 qat dünya çempionu olub.

Son xəbərlər

Orphus sistemi