Kanadalı tennisçi xərçəng xəstəliyi ilə bağlı iki əməliyyat keçirib

Fərdi
  • 31 dekabr, 2024
  • 13:04
Kanadalı tennisçi xərçəng xəstəliyi ilə bağlı iki əməliyyat keçirib
Qabriela Dabrovski

2023-cü ildə ABŞ Açıq çempionatında qadın cütlüklər arasında qalib olmuş kanadalı tennisçi Qabriela Dabrovski 2024-cü ildə döş xərçəngi ilə bağlı iki əməliyyat keçirib.

"Report"un məlumatına görə, tennisçi bu barədə sosial şəbəkələrdə bildirib.

"Bütün bunlar qeyri-real görünür. Son altı ayda kortda daha çox gülümsədiyimi görürdünüzsə, bilin ki, bu, səmimi idi. Hər şeyi itirmək təhlükəsi real olanda, malik olduğum şeylərin həqiqi qiymətini anlamağa başladım", - deyə o söyləyib.

32 yaşlı idmançıya apreldə xərçəng diaqnozu qoyulub. Üç aylıq fasilədən sonra o, Erin Rutliff ilə birlikdə Nottinqemdə keçirilən yarışda çempion olub. O, ABŞ Açıq çempionatından əvvəl şüa terapiyası keçib.