IWF Avropa üzrə Beynəlxalq Tədris Mərkəzinin təşkil edilmə hüququnu Azərbaycana verib

IWF Avropa üzrə Beynəlxalq Tədris Mərkəzinin təşkil edilmə hüququnu Azərbaycana verib Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) Avropa üzrə Beynəlxalq Tədris Mərkəzinin (BTM) təşkil edilmə hüququnun Azərbaycana verildiyini elan edib.
Fərdi
4 Dekabr , 2024 19:28
IWF Avropa üzrə Beynəlxalq Tədris Mərkəzinin təşkil edilmə hüququnu Azərbaycana verib

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) Avropa üzrə Beynəlxalq Tədris Mərkəzinin (BTM) təşkil edilmə hüququnun Azərbaycana verildiyini elan edib.

"Report" xəbər verir ki, bu barədə qərar IWF-nin Bəhreynin paytaxtı Manamada təşkil olunan İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Sözügedən tədbirə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudov da qatılıb.

Təqdimat zamanı konqres iştirakçılarına ölkəmizin tarixi, bu günü, turizm potensialı, geniş infrastruktur imkanları, beynəlxalq tədbirlərin təşkili üzrə böyük təcrübəsi, idman nailiyyətləri, həmçinin Azərbaycan Prezidenti Cənab İlham Əliyevin idmana dövlət səviyyəsində diqqət və qayğı göstərdiyi barədə məlumat verildi, xüsusi videoçarx nümayiş etdirib.

Təqdimat iclas iştirakçılarının alqışları ilə qarşılandı, Avropa Ağırlıqqaldırma Akademiyasının məkanı statusunu qazanan ölkəmiz təbrik edilib.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və digər rəsmilər Azərbaycanda idmana göstərilən diqqəti xüsusi fərqləndirdi və Akademiyanın fəaliyyətində uğurlar arzulanıb.

Avropa Ağırlıqqaldırma Akademiyasında beynəlxalq məşqçilik kursları, lisenziyalaşdırma üzrə seminar və mühazirələr, həmçinin müvafiq hakimlik məşğələləri, idmançılar üçün dərslər, kateqoriya və ixtisas təlimləri keçiləcək.

Akademiyadakı tədrisdə Avropa və ehtiyac olacağı təqdirdə yaxın region ölkələrinin nümayəndələrinin iştirakı təmin ediləcək. Akademiyanın Bakıdakı ASK Arenada yerləşməsi nəzərdə tutulur.

Qeyd edək ki, dünyada cəmi 5 belə Ağırlıqqaldırma Akademiyası qurulacaq. Azərbaycanla yanaşı bu hüquqa Asiyada Çin, Afrikada Misir, Amerikada Kuba, Okeaniyada isə Samoa sahib olub.

Bununla yanaşı, konqresdə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının ayrı-ayrı komitələrinin hesabatları dinlənildi, kommersiya tərəfdaşlarının təqdimatı baş tutdu. IWF-in konstitusiyasına təklif edilən dəyişikliklər ümumi səsvermə yolu ilə qəbul edildi.

Son xəbərlər

Orphus sistemi