İrina Kindzerska: "Evimiz tank və ya ZTR vasitəsilə atəşə tutulub"

İrina Kindzerska: "Evimiz tank və ya ZTR vasitəsilə atəşə tutulub" "Evimizin tank və ya zirehli transportyor vasitəsilə atəşə tutulduğunu bilirəm"
Fərdi
17 Mart , 2022 14:46
İrina Kindzerska: Evimiz tank və ya ZTR vasitəsilə atəşə tutulub

"Evimizin tank və ya zirehli transportyor vasitəsilə atəşə tutulduğunu bilirəm".

Bunu "Report"a müsahibəsində Azərbaycanın əslən ukraynalı cüdoçusu, Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanmış İrina Kindzerska deyib.

31 yaşlı idmançı müharibə başlayanadək Kiyev vilayəti yaxınlığındakı İrpen şəhərində yaşadıqlarını bildirib: "Bilirsiniz ki, hərbi əməliyyatlar əsasən Qostomeldə gedirdi. Orada hər yer dağıdılıb. Müharibənin 7-ci günündə həyat yoldaşımla birlikdə şəhərdən çıxdıq. Hardasa səhər saat 10-da mənə yazdılar ki, evinizin yaxınlığına, pəncərənin altına mərmi düşüb. Hazırda evin pəncərələri yoxdur. Növbəti gündə isə dedilər ki, həmin əraziyə tank və BTR-lər gələrək, atəş açıblar. Təəssüf ki, foto təqdim edə bilmirəm. Çünki heç kim belə anlarda şəkil çəkmir. Amma evimizin tank və ya ZTR (zirehli transportyor) vasitəsilə atəşə tutulduğunu bilirəm. Ümumiyyətlə, artıq İrpendə insanların heç nəyi qalmayıb. Şəhər od içindədir. Qaz, su, işıq yoxdur. Hazırda orada yaşamaq mümkün deyil".

Cüdoçu evinin İrpendə yaşayış kompleksində olduğunu sözlərinə əlavə edib: "Burada bu cür komplekslər, Mənzil Kommunal İstismar Sahələri çoxdur. Onların hamısı atəşə tutulub, həyətlərə tanklar daxil olub.

Kindzerska hazırda ailəsinin hansı şəhərdə olduğunu demək istəməyib: "Rusların yerimizi tapıb vura bilməməsi üçün bizə bu barədə danışmaq qadağan olunub. Sadəcə, ümumi deyə bilərəm ki, qaldığımız yer Ukraynanın qərbində yerləşir".

İrina Kindzerskanın müsahibəsini daha ətraflı buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi