"İlin qalibləri-2020" layihəsinin mükafatçıları bəlli oldu

"İlin qalibləri-2020" layihəsinin mükafatçıları bəlli oldu ​İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2020" layihəsi üzrə mükafatçıları müəyyənləşib.
Fərdi
29 Dekabr , 2020 14:00
İlin qalibləri-2020 layihəsinin mükafatçıları bəlli oldu

​İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2020" layihəsi üzrə mükafatçıları müəyyənləşib.

"Report"un məlumatına görə, 8 nominasiya üzrə qaliblər bu gün "Çinar Plaza"da onlayn qaydada açıqlanıb.

Ardıcıl 8-ci ildir həyata keçirilən layihə Vətən müharibəsindəki böyük qələbəyə həsr olunub. İlin ən böyük qalibi Azərbaycan Ordusu olduğundan, namizədlər Vətən müharibəsi vaxtı döyüşən, şəhid və qazi olan, erməni terrorundan əziyyət çəkən, Orduya maddi, mənəvi və təbliğati dəstək verən idman ictimaiyyətinin nümayəndələri, idman qurumları, yerli və əcnəbi idmançılar (futbolçular), məşqçilər və jurnalistlər, eləcə də il ərzində keçirilmiş yarışlarda Ermənistan təmsilçilərinə qalib gələn Azərbaycan idmançıları arasından seçilib.

Özündə 44 günlük müharibəni ehtiva edən "4+4 FİNALI" adlı mükafatlandırma tədbirində yalnız İLİN DÖYÜŞKƏN FUTBOLÇUSU nominasiyasında qalib olan şəhid İlqar Bürcəliyev təltif olunub. Şəhidin atası Vüqar Bürcəliyevə plaketi "Zirə" komandasının baş məşqçisi Rəşad Sadıqov təqdim edib.

51 KİV-in qatıldığı səsvermədə 34 jurnalist İlqar Bürcəliyevə səs verib. Onlardan 10-u erməni terrorunun qurbanı olmuş azyaşlı futbolçu Şəhriyar Qurbanovu, 3-ü "Neftçi"dən Aqil Məmmədovu, 2-si "Qarabağ"dan Qara Qarayevi seçib. Gəncə terroru zamanı dağıntılar altından sağ çıxarılan veteran futbolçu Emin Mustafayev və "Qarabağ"ın kapitanı Maksim Medvedev 1 səs yığa bilib.

Nominasiyalar üzrə qaliblər bunlardır:

1. İLİN DÖYÜŞKƏN İDMAN XADİMİ: Fariz Nəcəfov ("Qəbələ" klubunun prezidenti) - Vətən müharibəsində iştirak etdiyi üçün

2. İLİN DÖYÜŞKƏN İDMANÇISI: Şəhid Cəbrayıl Dövlətzadə (cüdoçu) - Vətən müharibəsində iştirak etdiyi üçün

3. İLİN DÖYÜŞKƏN FUTBOLÇUSU: Şəhid İlqar Bürcəliyev ("Zirə" klubunun və Azərbaycanın U-18 yığmasının sabiq futbolçusu) - Vətən müharibəsində iştirak etdiyi üçün

4. İLİN DÖYÜŞKƏN LEGİONERİ: Mesut Özil (İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi) - Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək, təbliğati dəstək verdiyi üçün

5. İLİN DÖYÜŞKƏN MƏŞQÇİSİ: Bəxtiyar Abbasov ("Qəbələ" İdman Klubunun məşqçisi) - Vətən müharibəsində iştirak etdiyi üçün

6. İLİN DÖYÜŞKƏN KOMANDASI: "Qarabağ" futbol komandası - Orduya maddi və təbliğati dəstək olduğu üçün

7. İLİN DÖYÜŞKƏN İDMAN QURUMU: Azərbaycan Cüdo Federasiyası - Orduya maddi və mənəvi dəstək olduğu üçün

8. İLİN DÖYÜŞKƏN JURNALİSTİ: Qazi Daşqın Əziz (Offsideplus.az) - Vətən müharibəsində iştirak etdiyi üçün

Qeyd edək ki, layihənin informasiya dəstəkçisi "Report" İnformasiya Agentliyi, baş sponsoru Azərbaycanın yeganə qanuni mərc oyunları saytı "eTopaz", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "İl Azero", təşkilati dəstəkçisi isə Bakı Olimpiya Stadionudur.

Son xəbərlər

Orphus sistemi