III Avropa Oyunları: Azərbaycan atıcıları təsnifatında çıxış ediblər, yığma final mərhələsinə adlaya bilməyib

III Avropa Oyunları: Azərbaycan atıcıları təsnifatında çıxış ediblər, yığma final mərhələsinə adlaya bilməyib Azərbaycanın qadın atıcıları Polşada keçirilən III Avropa Oyunlarının təsnifatında çıxış ediblər.
Fərdi
24 iyun 2023 12:07
III Avropa Oyunları: Azərbaycan atıcıları təsnifatında çıxış ediblər, yığma final mərhələsinə adlaya bilməyib

Azərbaycanın qadın atıcıları Polşada keçirilən III Avropa Oyunlarının təsnifatında çıxış ediblər.

“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Regina Meftahəddinova və Nurlana Cəfərova skit növündə mübarizə aparıblar.

R.Meftahəddinova 75 hədəfdən 70-ni, N.Cəfərova isə 67-ni dəqiq nişan alıb.

İyunun 25-də təsnifatın ikinci günündə daha iki dövrədə mübarizə davam edəcək. İlk 8 pillədə qərarlaşacaq idmançılar finala vəsiqə qazanacaqlar.

Qeyd edək ki, bu gün qadınlardan ibarət Azərbaycanın yığması 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada öz qrupunda sonuncu yeri tutaraq, final mərhələsinə adlaya bilməyib.

14:13

Atıcılıq üzrə qadınlardan ibarət Azərbaycanın yığması Polşada keçirilən III Avropa Oyunlarında təsnifat yarışına çıxıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Nərminə Səmədova, Nigar Nəsirova və Nəzrin Abbaslıdan ibarət komanda 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada qüvvəsini sınayıb.

Yer aldığı qrupda 826 xal toplayan yığma 9 komanda arasında sonuncu nəticəni göstərib.

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi