İddiaçılar Turniri: Nicat Abasov növbəti dəfə məğlub olub

İddiaçılar Turniri: Nicat Abasov növbəti dəfə məğlub olub Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti məğlubiyyətini alıb.
Fərdi
19 Aprel , 2024 07:47
İddiaçılar Turniri: Nicat Abasov növbəti dəfə məğlub olub

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti məğlubiyyətini alıb.

"Report"un məlumatına görə, 28 yaşlı qrossmeyster XII turda üz-üzə gəldiyi hindistanlı Dommaracu Qukeşə uduzub - 0:1.

Abasov ağ fiqurlarla oynayıb.

Qeyd edək ki, təmsilçimiz hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Qukeş isə xallarının sayını 7,5-ə çatdırmaqla rəqibləri ilə 1-3-cü yerləri bölüşdürür.

Son xəbərlər

Orphus sistemi