İddiaçılar Turniri: Nicat Abasov Hindistan şahmatçısı ilə görüşəcək

İddiaçılar Turniri: Nicat Abasov Hindistan şahmatçısı ilə görüşəcək Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.
Fərdi
10 aprel 2024 06:11
İddiaçılar Turniri: Nicat Abasov Hindistan şahmatçısı ilə görüşəcək

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

“Report”un məlumatına görə, 28 yaşlı qrossmeyster VI turda Hindistan təmsilçisi Rameşbabu Praqnanandha ilə üz-üzə gələcək.

O, bu dəfə qara fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Beş turdan sonra həmyerlimiz 1,5 xalla 7-8-ci yerləri bölüşdürür.

Bu gün həmçinin Dommaracu Qukeş (Hindistan) - Hikaru Nakamura (ABŞ), Santoş Vidit (Hindistan) - Əlireza Firuzca (Fransa) və Yan Nepomnyaşi (FIDE) - Fabiano Karuana (ABŞ) görüşləri baş tutacaq.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Son xəbərlər

Orphus sistemi