Gənclər və İdman Nazirliyi “Sağlam həyat” layihəsi çərçivəsində Göygöl və Naftalanda tədbir keçirib
Fərdi
- 18 oktyabr, 2024
- 05:31
Gənclər və İdman Nazirliyi tərəfindən bölgələrdə keçirilən səyyar “Sağlam həyat” layihəsi çərçivəsində səyyar idman avtomobili Göygöl və Naftalan şəhərlərində olub.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Göygöl şəhəri, Heydər Əliyev parkında baş tutan tədbirə 150-dən çox idman həvəskarı, Naftalan şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirə isə 200-dək iştirakçı qoşularaq öz yaş qrupları üzrə müxtəlif idman normativlərini yerinə yetiriblər.
Naftalanda şəhər sakinləri ilə yanaşı, bu şəhərdə müalicə alan turistlər də iştirak edərək, müxtəlif idman növlərində qüvvələrini sınayıblar.
Qeyd edək ki, "Sağlam həyat" layihəsi çərçivəsində səyyar idman avtomobili ölkənin digər bölgələrinə də istiqamət alacaq.
Son xəbərlər
02:11
Heydər Əliyev Fondu və Türkmənistanın uşaqlara yardım üzrə xeyriyyə Fondu anlaşma memorandumu imzalayıb
Sosial müdafiə02:01
UEFA Çempionlar Liqası: "Qalatasaray" səfərdə uduzub, "Liverpul" qalib gəlib
Futbol01:47
Gəncədə orta məktəb şagirdləri qidadan zəhərlənib
Hadisə01:39
KİV: Üsyançıların qabaqcıl dəstələri Konqonun Uvira şəhərinə daxil olub
Digər ölkələr01:13
Paşinyan: İrəvan və Ankara münasibətlərin normallaşdırılması üçün əlaqələri intensivləşdiriblər
Region00:43
Ukrayna sülh planı ilə bağlı ABŞ-yə üç sənəd təqdim edəcək
Digər ölkələr00:25
Paşinyan: "Tramp marşrutu" Orta Dəhlizin vacib tərkib hissəsinə çevrilə bilər
Region23:54
Zelenski ABŞ və Aİ-ni Ukraynada seçkilərin təhlükəsizliyini təmin etməyə çağırıb - YENİLƏNİB
Digər ölkələr23:45