"Formula 1" üzrə 2023-cü il dünya çempionatının ilkin təqvimi açıqlanıb.
"Report" "Auto Bild" nəşrinə istinadən xəbər verir ki, təqvimdə 24 Qran-pri yer alıb.
Mövsüm martın 5-də Bəhreyn Qran-prisi ilə start götürəcək və noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki yarışla başa çatacaq. Cari mövsümlə müqayisədə təqvimə 2 yeni yarış - Las-Veqas və Çin Qran-priləri əlavə olunub.
Lakin Beynəlxalq Avtomobil Federasiyası (FIA) hələlik təqvimin ilk versiyasını təsdiqləməyib. Çünki Çin Qran Prisinin keçirilməsi ilə bağlı qeyri-müəyyənlik səbəbindən yarışların sayı azala bilər. Çünki ölkədə hələ də pandemiya ilə bağlı ciddi məhdudiyyətlər var.
Qeyd edək ki, Azərbaycan Qran-prisi mövsümün 5-ci yarışı olacaq və 28 - 30 apreldə təşkil ediləcək.
"Formula 1" üzrə 2023-cü il dünya çempionatının ilkin təqvimi
Bəhreyn Qran-prisi - 3-5 mart
Səudiyyə Ərəbistanı Qran-prisi - 17-19 mart
Avstraliya Qran-prisi - 31 mart - 2 aprel
Çin Qran-prisi - 14-16 aprel
Azərbaycan Qran-prisi - 28 - 30 aprel
Mayami Qran-prisi - 5-7 may
Emilya-Romanya Qran-prisi - 19-21 may
Monako Qran-prisi - 26 - 28 may
İspaniya Qran-prisi - 2-4 iyun
Kanada Qran-prisi - 16-18 iyun
Avstriya Qran-prisi - 30 iyun - 2 iyul
Böyük Britaniya Qran-prisi - 7-9 iyul
Belçika Qran-prisi - 21-23 iyul
Macarıstan Qran-prisi - 28-30 iyul
Niderland Qran-prisi - 25 - 27 avqust
İtaliya Qran-prisi - 1-3 sentyabr
Sinqapur Qran-prisi - 15-17 sentyabr
Yaponiya Qran-prisi - 22-24 sentyabr
Qətər Qran-prisi - 6-8 oktyabr
ABŞ Qran-prisi - 20-22 oktyabr
Meksika Qran-prisi - 27-29 oktyabr
Braziliya Qran-prisi - 3-5 noyabr
Las-Veqas Qran-prisi - 16-18 noyabr
Abu-Dabi Qran-prisi - 24-26 noyabr