"Formula 1": Lüis Hemiltonu əvəzləyəcək pilotun adı açıqlandı

"Formula 1": Lüis Hemiltonu əvəzləyəcək pilotun adı açıqlandı Koronavrisa yoluxmuş "Meecedes" pilotu Lüis Hemiltonu "Formula 1" üzrə Saxir Qran-prisində əvəzləyəcək sürücünün adı açıqlanıb.
Fərdi
2 dekabr 2020 08:09
Formula 1: Lüis Hemiltonu əvəzləyəcək pilotun adı açıqlandı
Corc Rassel
0 : 00
0 : 00

Koronavrisa yoluxmuş "Mercedes" pilotu Lüis Hemiltonu "Formula 1" üzrə Saxir Qran-prisində əvəzləyəcək sürücünün adı açıqlanıb.

"Report" yarışın rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, bu, "Williams"ın sürücüsü Corc Rasseldir. Rassel "Mercedes" komandası üçün yarışacaq.

Onu "Williams"da "Formula 2"dəki ehtiyat sürücü Cek Eytken əvəzləyəcək.

Qeyd edək ki, Bəhreyndə keçiriləcək Saxir Qran-prisi 4 - 6 dekabrda olacaq.

Orphus sistemi