Formula 1: Bakı Şəhər Halqasına bir sıra dəyişiklik edilib

Formula 1: Bakı Şəhər Halqasına bir sıra dəyişiklik edilib 13 və 19-cu döngələrin kənarlarındakı təhlükəsizlik baryerlərinin olduğu hissə əlavə baryerlərlə 34 metr genişləndirilib
Fərdi
23 İyun , 2017 16:50
Formula 1: Bakı Şəhər Halqasına bir sıra dəyişiklik edilib
Report.az

Bakı. 23 iyun. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisi öncəsi Bakı Şəhər Halqasında (BŞH) bir sıra dəyişikliklər edilib. Təşkilatçı qurumdan “Report”a verilən məlumata görə, ilk olaraq əlavə məsafə yaratmaqla bolidlərin rahat hərəkəti təmin etmək üçün 1, 2, 3, 5, 8 və 15-ci döngələrin kənarlarında quraşdırılmış baryerlər arxaya çəkilib. 

Eyni zamanda 1, 3, 5, 7, 8 və 15-ci döngələrdə olan təhlükəsizlik baryerlərinə yeni baryerlər əlavə edilərək həmin hissələrdə təhlükəsizlik tədbirləri daha da gücləndirilib. 

Bununla yanaşı, 1-ci döngənin çıxışında, 3 və 5-ci döngələrin apekslərində və treklə pit yolunu ayıran hissədə asfalt örtüyünə bərkidilmiş kerblər (qabırğa şəkilli bordürlar) çıxarılıb, əvəzində həmin yerlər müvafiq qaydada rənglənib. Trekdən bolidlərin tezliklə çıxarılması üçün 7-ci döngədən əvvəl solda və 18-ci döngənin sağ tərəfində yeni qapılar qoyulub. 

Bundan əlavə, tam inşa olunduqdan sonra trekdə nəqliyyatın rahat və sürətli hərəkətini təmin etmək üçün trekin müxtəlif yerlərinə bir hissəsi betondan olan qapılar quraşdırılıb. 

Nəhayət, 13 və 19-cu döngələrin kənarlarında olan təhlükəsizlik baryerlərinin olduğu hissə əlavə baryerlər qoyularaq 34 metr genişləndirilib. 

Qeyd edək ki, trekdə iki DRS zonası var. DRS göstərən nişanlardan biri ikinci sektora yerləşdirilib və 2-ci döngədən 54 metr sonra aktivləşdirilir. o biri isə 20-ci döngənin apeksinə quraşdırılıb və 20-ci döngədən 347 metr sonra aktivləşdirilir.

Son xəbərlər

Orphus sistemi