Dini ibadət yerlərində iməcilik aksiyası keçirilib

Din
  • 06 noyabr, 2026
  • 17:47
Dini ibadət yerlərində iməcilik aksiyası keçirilib

Azərbaycanda fəaliyyət göstərən dini ibadət yerlərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş iməcilik, abadlıq, yaşıllaşdırma və ağacəkmə aksiyası keçirilib.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin rəmzi məna və əhəmiyyətinin təbliği, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi məqsədilə keçirilən aksiya 12 regionu əhatə etməklə 647 məscid, 9 kilsə və 1 sinaqoqda təşkil olunub. İməclikdə din xadimləri, müxtəlif dini konfessiyaların nümayəndələri, gənclər və könüllülər iştirak edib.

Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli birliyinin, həmrəyliyinin, iradəsinin və qəhrəmanlığının təcəssümüdür. Bu əlamətdar gün münasibətilə keçirilən aksiya tarixi Zəfərin mənəvi dəyərlərinin yaşadılması, eləcə də dini və ictimai həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.

44 filmi