Gənclər və idman naziri Fərid Qayıbov Heydər Əliyev adına İdman Konsert Kompleksinin fəaliyyəti ilə tanış olub.
Nazirliyin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, o, burada yaradılmış şəraitlə maraqlanıb və fitnes zalına baxış keçirib.
Kompleksdə “Zabit Səmədov” döyüş klubunda məşqləri izləyən F. Qayıbov idmançılar və məşqçilərlə görüşüb, hazırlıq prosesləri ilə bağlı fikir mübadiləsi aparıb.
Zabit Səmədov rəhbərlik etdiyi klubun fəaliyyəti barədə məlumat verib. Fərid Qayıbov idmançıların beynəlxalq yarışlara hazırlığı ilə maraqlanıb və MMA klublarının birgə fəaliyyətinə dair tövsiyələr verib.
Görüşdə nazir müavini Mariana Vasileva, İdman Şöbəsinin müdiri Elnur Məmmədov və Kadr Hazırlığı Sektorunun baş məsləhətçisi Ramil Cabbarov da iştirak ediblər.