Federasiya prezidenti: Bütün şahmatçılar Azərbaycan çempionatında iştirak etməlidirlər

Federasiya prezidenti: Bütün şahmatçılar Azərbaycan çempionatında iştirak etməlidirlər Bütün şahmatçılar Azərbaycan çempionatında iştirak etməlidirlər
Fərdi
19 fevral 2024 11:39
Federasiya prezidenti: Bütün şahmatçılar Azərbaycan çempionatında iştirak etməlidirlər

Bütün şahmatçılar Azərbaycan çempionatında iştirak etməlidirlər

“Report”un məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov qadınlar arasında Azərbaycan çempionatının qaliblərinin mükafatlandırma mərasimində deyib.

Qurum rəhbəri ilk 5 pillədə yer alan şahmatçıları bu münasibətlə təbrik edib: "Azərbaycan çempionatı şahmatımızın gələcəyi üçün çox vacibdir. Təəssüf ki, bütün şahmatçıları cəlb edə bilmədik. Bu il buna hazır deyildik. Azərbaycanın 5 şahmatçısı xüsusi proqramda hazırlaşırlar. Ancaq 2025-ci ildə bütün şahmatçılar ölkə çempionatında iştirak etməlidirlər".

O, Ayan Allahverdiyevanın çempionatda iştirakla bağlı qərarını son anda verdiyini söyləyib: "Azərbaycan çempionu üçün bu dövrdə xüsusi təqaüd proqramı olacaq. 4-5-ci yerləri tutanlar da bir dəfə beynəlxalq turnirdə iştirak hüququna malik olacaqlar".

Qeyd edək ki, Azərbaycan çempionatının qalibi Ayan Allahverdiyeva olub.

Son xəbərlər

Orphus sistemi