"Əziz Şuşa"da dördüncü mərhələnin qalibi: "İndidən sabahkı şah yarışını düşünürəm"

"Əziz Şuşa"da dördüncü mərhələnin qalibi: "İndidən sabahkı şah yarışını düşünürəm" "İndidən sabahkı şah mərhələsini düşünürəm".
Fərdi
10 İyun , 2023 14:20
Əziz Şuşada dördüncü mərhələnin qalibi: İndidən sabahkı şah yarışını düşünürəm

"İndidən sabahkı şah mərhələsini düşünürəm".

"Report"un məlumatına görə, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa" beynəlxalq velosiped yarışının dördüncü mərhələsinin qalibi olan Alessandro Monako mətbuat konfransında deyib.

Gəncə-Göygöl marşrutu üzrə 102,9 km qət edərək finiş xəttinə birinci çatan italiyalı velosipedçi buna görə şad olduğunu bildirib: “Komanda yoldaşlarıma təşəkkür edirəm. Gözəl gün keçdi. Çünki komandamızın iki üzvü ilk iki sırada oldu".

Dörd mərhələdən sonra ümumi yarışda liderliyini qoruyan Monakonun komanda yoldaşı Emanuele Ansaloni sarı formanı özündə saxladığı üçün xoşbəxt olduğunu vurğulayıb: “Bu gün finişə ikinci yerdə çatdığım üçün razıyam. Üstəlik, komanda yoldaşım birinci yeri tutdu. Sabahkı son mərhələyə də ciddi hazırlaşacağıq. Çünki ümumi turnirin də qalibi olmaq istəyirəm”.

Yarışın direktoru Roland Hofer isə mərhələnin maraqlı mübarizə şəraitində alındığını söyləyib: “Yarış başlayandan bəzi velosipedçilər hücuma atılmağa başladılar. Hətta 5 nəfərdən ibarət velosipedçi önə keçdi. Onların digərləri ilə aradakı məsafələri 4 dəqiqə oldu. 14 nömrəli idmançı uzun müddət lider kimi mübarizəni davam etdirdi. Ancaq sonradan digərləri ona çatdılar. Bu gün yarışı cəmi bir velosipedçi dayandırdı. Sabahkı yarış olan Şuşa mərhələsini səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışına iyunun 11-də yekun vurulacaq. Son mərhələdə idmançılar Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafə qət edəcəklər.

Son xəbərlər

Orphus sistemi