“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb.
Fərdi
8 İyun , 2023 15:09
“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb.

“Report”un məlumatına görə, Qəbələ İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə eyni məkanda yekunlaşıb.

İdmançılar Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət ediblər. 75 velosipedçi arasında finişə birinci çatan niderlandlı Şurmans Luk olub. Bolqarıstan millisinin üzvü Nikolay Genov ikinci, Çin klubunun idmançısı Julyen Traeryu isə üçüncü yeri tutub.

Qalibə fəxri kürsüdə mükafatını Qəbələ icra başçısı Səbuhi Abdullayev təqdim edib.

İlk iki turdan sonra ümumi sıralamaya başçılıq edən bolqarıstanlı Martin Papanov sarı formanı özündə saxlayıb.

Qeyd edək ki, Bakıdan Şamaxıya 150 km məsafənin olduğu birinci mərhələni Bolqarıstan millisinin üzvü Martin Papanov qazanıb. İyunun 9-da isə Qəbələdən Gəncənin mərkəzinə qədər 170 km yol qət ediləcək.

Son xəbərlər

Orphus sistemi