Xalq artisti
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının rəsmi "Facebook" səhifəsi məlumat yayıb.
Qeyd edək ki, bədii gimnastika üzrə sayca 37-ci dünya çempionatı 16-22 sentyabrda baş tutacaq. Yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. 62 ölkənin iştirak edəcəyi çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları 7 gün boyunca baş tutacaq ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında ən yaxşıların sırasında olmağa çalışacaqlar. Eyni zamanda komanda hesabında ən güclülərin adları açıqlanacaq.