Dünya Kuboku: Azərbaycan qılıncoynadanı pley-offda uduzub

Fərdi
  • 06 fevral, 2023
  • 08:25
Dünya Kuboku: Azərbaycan qılıncoynadanı pley-offda uduzub

Azərbaycan qılıncoynadanı Nazilə Rəhimova Türkiyənin İstanbul şəhərində şpaqa növü üzrə gənclər arasında keçirilən Dünya Kubokunun pley-offunda mübarizəni dayandırıb.

Federasiyadan "Report"a verilən məlumata görə, idmançı qız şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə başa vurub. Pley-offda fransalı Elea Jouve ilə qarşılaşan Rəhimova rəqibinə 10:15 hesabı ilə məğlub olub.

Azərbaycanın digər təmsilçiləri Xədicə Həsənli və Azərin İdriszadə isə qrup mərhələsini adlaya bilməyib.

Qızların komanda yarışında ilk görüşdə Honkonqa 45:20 hesabı ilə qalib gələn yığma ən güclü "8-liy"ə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Polşa yığmasına uduzub - 18:45.

44 - Tezliklə