Dünya çempionu başqa qadınla münasibətdə olduğu üçün cəzalandırıldı

Dünya çempionu başqa qadınla münasibətdə olduğu üçün cəzalandırıldı Yaponiyalı üzgüçü Dayya Seto milli federasiya tərəfindən sərt cəzalandırılıb.
Fərdi
14 Oktyabr , 2020 13:25
Dünya çempionu başqa qadınla münasibətdə olduğu üçün cəzalandırıldı
Dayya Seto

Yaponiyalı üzgüçü Dayya Seto milli federasiya tərəfindən sərt cəzalandırılıb.

"Report" "Sports Hochi" nəşrinə istinadən xəbər verir ki, buna idmançının qeyri-etik davranışı səbəb olub.

Sentyabrın sonunda naməlum xanımla fotoları yayılan dünya çempionu onunla münasibət qurmaqda ittiham olunur. Bu üzdən Seto 2020-ci ilin sonunadək daxili və beynəlxalq yarışlardan kənarlaşdırılıb. Amma o, 2021-ci il 23 iyul - 8 avqustda keçiriləcək Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququnu özündə saxlayıb.

Üzgüçü bu məsələyə görə Yaponiya yığmasında kapitanlıq sarğısından imtina etməli olub.

Qeyd edək ki, Dayya Seto 200 metr və 400 metr məsafəyə üzgüçülük yarışlarında Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb, həmçinin 4 dəfə dünya çempionu olub.

Son xəbərlər

Orphus sistemi