Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır Azərbaycanın daha 3 sərbəst güləşçisi döşək üzərinə çıxacaq
Fərdi
17 Sentyabr , 2022 09:09
Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Azərbaycanın daha 3 sərbəst güləşçisi bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov 1/8 final mərhələsində Reza Ahmadali Atreqanarçi (İran) / Beşir Alili (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

65 kq-da yarışan 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev eyni raundda Beka Lomtadze (Gürcüstan) / Aqustin Destribats (Argentina) duelinin güclüsü ilə, 97 kq-dakı Maqomedxan Maqomedov isə Nişan Randhava (Kanada) / Erik Tilye (Almaniya) cütünün qalibi ilə görüşəcək.

Bu gün həmçinin 92 kq-dakı Osman Nurməhəmmədov bürünc medal uğrunda qarşılaşmada Yuşanq Bi (Çin) / Radoslav Marçinkieviç (Polşa) görüşünün güclüsü ilə döşək üzərinə çıxacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi