Dünya çempionatı: Fərdi yarışın sonuncu günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə başlayır
Fərdi
- 30 avqust, 2025
- 09:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın daha iki yeniyetmə cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.
"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, qızlardan Məsumə Məmmədli (70 kq) 1/6 final mərhələsində Vanessa Karaffova (Çexiya) ilə üz-üzə gələcək.
Oğlanlardan Sübhan Axundov (+90 kq) 1/8 finalda Kaito Tokita (Yaponiya) / Ahmad Alabaidan (Küveyt) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 13 cüdoçusu tatamiyə çıxıb. Onlardan Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc medal qazanıblar. Bu gün mundialda fərdi mübarizəyə yekun vurulur. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.
Son xəbərlər
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region